Hərbçi geyimi, medalları qanunsuz əldə edib-GÖRÜNTÜ YARADAN ŞƏXS SAXLANILDI – FOTO

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Etikxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

Etikxeber.az

Read Previous

Türkiyənin baş verən zəlzələdə-XƏSARƏT ALANLARIN SAYI 50-YƏ ÇATDI – YENİLƏNİB – (2)

Read Next

Sabah hava-BULUDLU OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir