“Hərbçilərə verilən əlavələr çoxdur…”-KOMİTƏ SƏDRİ

“Əmək pensiyaları haqqında” qanunda hərbçilərlə bağlı olan hissəyə aydınlıq gətirilib. Bu, yeni məsələ deyil.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Bildirib ki, hərbçilərin pensiya məsələsi ilə bağlı 2020-ci ildə Konstitusiya Məhkəməsində də qərar qəbul edilib.

“Hərbçilərə verilən əlavələr çoxdur. Hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”-VAHİD ƏHMƏDOV

Read Next

9 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir