Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yaşayış kompleksi istifadəyə verilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Etikxeber.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan radiotexniki hərbi hissə ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksinin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi ərazidəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.
Komanda Məntəqəsində döyüş növbətçiliyinin daha yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verən nazir radiolokasiya sistemlərinə də baxış keçirib.
Hərbi qulluqçuların döyüş fəaliyyəti, sosial-məişət və xidməti şəraiti ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

hhq7 hhq8

Etikxeber.az

Read Previous

“Uşaq Xəstəxanasına ildə 50-yə yaxın atılmış uşaq daxil olur” – Azər Xudiyev

Read Next

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir