Hərbi Hava Qüvvələrinin yeni poliqonu istifadəyə verildi – FOTOLAR

Silahlı Qüvvələrin inkişafı çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilən Təlim Məşq Poliqonunun açılışında iştirak edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Təlim Məşq Poliqonunun tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə maraqlanan Müdafiə nazirinə məruzə olunub ki, yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur.

Bildirilib ki, kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş tədris korpusundakı aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.

Zenit-raket, radiotexniki birləşmə və hissələrin, ordu birliklərinin havahücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin praktiki hazırlığı üçün təlim meydançalarındakı tədris nöqtələrində olan Müdafiə nazirinə hərbi texnikanın istifadəsi ilə təlim-məşq prosesi nümayiş etdirilib.

poliq-1poliq

Etikxeber.az

Read Previous

Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub – NAZİR

Read Next

İdman mərc oyunlarını həyata keçirənlərə vergi güzəşti verilməyib – Ekspertin ŞƏRHİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir