Hərbi xərclər nə qədərdir? – ZİYAFƏT ƏSGƏROV AÇIQLADI

2019-cu ilin büdcəsi əvvəlki illərdə olduğu kimi sosial yönümlüdür. Büdcənin sosial yönümlü olması, ilk növbədə Konstitusiyamızdan irəli gəlir və dövlətimizin ali məqsədidir.
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə  Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı Milli Məclis (MM) sədrinin birinci müavini, parlamentin komitə sədri Ziyafət Əsgərov deyib.

Birinci vitse-spiker bildirib ki, 2019-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 3 milyard 37 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4.6 fazi çoxdur:

“Torpaqları işğal altında olan bir ölkə üçün bu sahəyə daha artıq vəsaitin ayrılması başa düşüləndir”.

Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xərclər 30 milyon manat səviyyəsinə çatacaq:

“Hökumət bu dəfə də hərbi döyüşlərdə iştirak edən şəxslərin sosial vəziyyətinə xüsusi diqqət ayırıb”. 

Neftdən asılılığının azaldılması ilə bağlı səslənən fikirlərə münasibətini bildirən Z. Əsgərov qeyd edib ki, Dövlət Neft Fondundan transferlərdən imtina etmək düzgün deyil:

“Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək? Ölkəmizdə sosial layihələr işləyib hazırlanır, yol infrastrukturuna diqqət ayrılır”.
Etikxeber.az

Read Previous

Düz baxaq ki, düz də görək – ELDAR İBRAHİMOVDAN TƏPKİ

Read Next

Hansı risqlərlə üz-üzə qala bilərik? – NAZİR BİR-BİR SADALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir