“Hərbi xuntanın seçki şousu cəzasız qalmamalıdır…” – DEPUTAT

“Ermənistan keçirilən “seçki”dən öncə verilən bütün proqnozlar özünü tam doğrultdu. Bu, seçki deyildi, seçki adı altında hərbi xuntanın seçki şousu idi. Ümumiyyətlə,  heç kimdə də şübhə yox idi ki, Ermənistandakı “parlament seçkiləri” seçki adını daşımağa layiq deyil”.

sarkisyan

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Sarkisyan başda olmaqla cinayətkar rejimin Ermənistanda demokratik seçkilərin keçirilməsi obrazını yaratmaq cəhdi baş tutmadı, alınmadı və alına da bilməzdi” – deyən millət vəkilinin sözlərinə görə, beynəlxalq səviyyədə də bu məsələ çox ciddi müzakirə olunmalıdır və olunacaq

“Ermənistanda real, xalqın fikrini əks etdirən seçkilərin keçirilməsi mümkün deyil. Çünki hərbi xunta bunda maraqlı deyil. Əks halda, bu, onun hakimiyyətinin itirilməsi deməkdir və demək olardı”- deyə, qeyd edən E. Səlimov onu da bildirib ki, seçki saxtakarlığı ilə bağlı yol verilmiş digər qanun pozuntuları da bu yaxınlarda üzə çıxacaq və çox güman ki,  bununla bağlı beynəlxalq qurumlarda, beynəlxalq ictimaiyyətdə də müzakirələr aparılacaq:

errr

“Hər halda beynəlxalq aləm, demokratiyanı əlində bayraq edən dairələr, qüvvələr, qurumlar buna ciddi reaksiya verməli və bu ölkə, onun rəhbərliyi haqda ciddi tədbirlər görməlidirlər. Bu, cəzasız qalmamalıdır”.

Etikxeber.az

 

Read Previous

Bu günədək 70 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib – DİM

Read Next

Əliyevdən Nazarbayevə: “Sizi Azərbaycanda çox sevirlər…” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir