Həsənov Kurtulmuş və Türkeşlə bir araya gəldi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.

Etikxeber.az xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

alik-kurtulalik-turkes

Etikxeber.az

Read Previous

10 bankın əmanətçilərinə 590 milyon manatdan artıq kompensasiya ödənilib

Read Next

Deputat AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısına qatılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir