Həsənovu Mirzəliyev-ƏVƏZLƏYƏCƏK – SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev Yaşar Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Daha 4680 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

“Ermənistan regionda yeni reallığı qəbul etməlidir…”-SAHİBƏ QAFAROVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir