“Hətta onlar bir-bir cəzalandırılacaqlar…”-GƏNC POLİTOLOQUN BAXIŞI

Nəhayət ki, dəfələrlə platformalarda səsləndirdiyim fikirlər öz həll yolunu tapdı.

Buradan Azərbaycan və Türkiyə dövlət başçılarına böyük əhsən düşür.

Soruşacaqsız niyə?

Hər iki dövlətin varlıq məsələsi olan dünyaya açılma və tanınma prioritet məsələlərdir.

Ələxüsus, hər iki ölkənin aldığı qərarlar zamanı yarana biləcək dezinformasiyaya qarşı dayanıqlılıq isə bu hədəfin ən böyük təməl daşıdır.

İstər Ermənistan-Azərbaycan məsələsində Azərbaycanın, istərsə də Türkiyənin Liviya, Suriya və digər bölgələrdə həyata keçiriyi əməliyyatlarda dezinformasiyaya qarşı mövqeyi çox həssasdır.

Bu çərçivədə Türkiyədəki bəzi antiqrupları da göstərmək olar ki, Azərbaycan əleyhinə dezinformasiyalar yayılmaqdadır.

Hansı ki, bunlar heç bir reallıq əks etdirməyən informasiyalardır.

Hesab edirəm ki, hər iki dövlət arasında olan bu stratejik ortaqlıq və xalqlar arasında mövcud olan incə tellər Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşündən sonra hər hansı “gopoloq” media qrumları tərəfindən pozula bilməyəcək.

Hətta onlar bir-bir cəzalandırılacaqlar…

Yadigar NAĞIYEV,

Siyasi-ictimai mütəxəssis

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti azalma-89 – DAHA 3 ÖLÜM…

Read Next

“Regionda Azərbaycanın ən səmimi tərəfdaşı qardaş Türkiyədir və Türkiyə ilə bütün sahələrdə münasibətlərimizin inkişafı milli təhlükəsizliyimizin təmini üçün vacibdir”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir