Həyatın alt-üst oldu deyə üzülmə… Qənirə Paşayevadan yazı

İstədiyin bir şey olmursa, ya daha yaxşısı olacağı üçün, ya da olmaması gərəkliyi üçün olmur deyirdi Həzrəti Mevlana… Şəms Təbrizi isə “Həyatın alt-üst oldu deyə üzülmə.

Nə bilirsən altının üstündən yaxşı olmadığını” deyirdi… Bu, bir həqiqətdir, amma çoxumuz gec dərk edirik və ya anlamaqda çətinlik çəkirirk. Bu gerçək həyat hekayəsindəki kimi:
Okeanda üzən bir gəmi qəzaya uğrayaraq batdı. Gəmidən tək bir adam sağ olaraq qurtuldu. Dalğalar bu adamı kiçik, kimsəsiz bir adaya doğru apardı. Adam ilk günlər onu qurtarması üçün Allaha yalvarıb-yaxardı və yardım almaq ümidi ilə üfüqə baxdı. Amma nə gələn oldu, nə də gedən…
Daha sonra rüzgardan, yağmurdan və zərərli heyvanlardan qorunmaq üçün budaqlardan və yarpaqlardan bir daxma tikdi. Sahildə tapdığı gəmidən qalma konserv, kompas və s. kimi əşyaları daxmasına gətirdi. Günlər eyni keçirdi. Balıq tutur, bişirib yeyir və üfüqü müşahidə edirdi, onu qurtarması üçün Allaha dua edirdi. Bir gün içməli su gətirmək üçün evdən çıxdı, geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Duman rəqs edə-edə göyə yüksəlirdi. Bu, başına gələ biləcək ən pis şey idi. Qəzəb içində donub qaldı. “Allahım, bunu mənə necə edə bildin?”, – deyə fəryad etdi.
O, gecəni üzüntü və kədər içində keçirdi. Ertəsi gün erkən saatlarda adaya yaxınlaşmaqda olan bir gəminin fit səsi ilə oyandı. Onu xilas etməyə gəlmişdilər. “Mənim burda olduğumu necə anladınız?” – deyə onu qurtarmağa gələnlərdən soruşdu. Cavab onu həm təəccübləndirdi, həm də utandırdı.
“Dumanla verdiyin işarələri gördük!”
Şəms Təbrizinin dediyi kimi: “ Həyatın alt-üst oldu deyə üzülmə. Nə bilirsən altının üstündən yaxşı olmadığını”… Əslində bu düşüncə tərzi insana səbri, ümidi, müsbətə doğru inamı öyrədir. Onların olmadığı həyat isə mutsuzluğa məhkumdur.

Read Previous

Azər Badamovun adına saxta “Facebook” profili açılblar- “Bilin ki, o, mən deyiləm”

Read Next

ATƏT-in Daimi Şurasında işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətlər məsələsi qaldırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir