Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa ediləcək-SABAHDAN – YENİLƏNİB

İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq yenidən sərnişinlərimizin xidmətində olacaq.

16:53

***

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

BNA-dan verilən məlumata görə, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:

07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Azneft dairəsi – Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcəkdir.

Qeyd olunub ki, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq

Etikxeber.az

Read Previous

Cəmil Həşimli və Elvin Kazımovun Şəhidliyindən-8 AY KEÇİR… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Çox istərdik ki, yaşlı, tək oğlunu Şəhid vermiş anamızın ev, mənzil məsələsi həll olunsun, kirayədən canı qurtarsın, həm də qardaşımızın adı, xatirəsi əbədiləşdirilsin”-ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI ELNARƏ HÜSEYNOVA ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir