Hacı Madər, Nəriman Əliyev, Əsabil Qasımov, Mahir Aslanov, İlham Əliyev… – BİZNESMEN DEPUTATLAR BU DƏFƏ NAMİZƏD OLMAYACAQLAR

Biznesmen-iş adamı olan deputatlara bu dəfə “yaşıl işıq” yandırılmayacaq.

İstər hakim Yeni Azərbaycan Partiyasından (YAP), istərsə də bitərəflərdən (hakimiyyətin, hakim partiyanın dəstəklədiyi) olan biznesmen deputatları namizəd olaraq, bu seçkilərdə görməyəcəyik.

Etikxeber.az-a açıqlamasında da adının çəkilməsini istəməyən YAP-çı deputatlardan biri budəfəki seçkilərdə iş adamı-biznesmen  deputatların yenidən namizəd olmayacağını və ya namizəd göstərilməyəcəyini bildirib.

“Bu seçkilərdə biznesmenlər, iş adamları dəstəklənməyəcək”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, YAP-çı deputatlar arasında iş adamı kimi tanınan deputalar bunlardır: Nəriman Əliyev, Tahir Süleymanov, Əsabil Qasımov, İlham Əliyev, Ağalar Vəliyev.

Bitərəf deputatlar içərisində iş adamı olan millət vəkillərinə gəlincə, bunlardır: Azər Kərimli, Mahir Aslanov, Hacı Madər Musayev, Cavanşir Feyziyev, Rüfət Quliyev.

Onu da qeyd edək ki, ən yaxşı halda bir-iki deputat istisna olunmaqla, adları çəkilən və  iş adamı olan millət vəkilləri  birmənalı şəkildə seçkilərdən kənarda qalacaqlar.

Etikxeber.az

Read Previous

Eldar İbrahimov və Cavanşir Paşazadə-ÖZBƏKİSTANDAKI SEÇKİLƏRİ İZLƏYƏCƏKLƏR

Read Next

“Tramp partiyasına borclu qalmış olacaq və…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir