Hacı Madərin nəvəsinin toyu oldu – FƏTTAH HEYDƏROV DA NƏVƏSİNİN TOYUNA HAZIRLAŞIR

İki gün öncə daha bir tanınmşı deputatın ailəsində  gözəl anlar, toy sevinci  yaşanıb.

Etikxeber.az-ın xəbərinə görə, deputat Hacı Madərin (Musayevin) nəvəsi Əbdül Məcidin toyu olub.

Toy mərasimi paytaxtın ən dəbdəbəli və ən bahalı şadlıq evlərindən olan “Bağçalı Saray”da baş tutub.

Toy iştirakçılarından birininin dediyinə görə, mərasim olduqca maraqlı və gözəl keçib.

Mərasimdə millət vəkilləri, dövlət və hökumət rəsmiləri, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev,  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyev və digər nüfuzlu şəxslər, tanınmış simalar iştirak ediblər.

Eyni zamanda, yaxın günlərdə daha bir tanınmış və nüfuzlu deputatın-Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərovun nəvəsinin, o cümlədən, Fövqəladə hallar naziri Kamaləddin Heydərovun bacısı oğlunun xeyir işi olacaq.

Mərasim yenə paytaxtın ən dəbdəbəli şadlıq evlərindən birində baş tutacaq.

Bu mərasimdə də tanınmış simalar, hökumət və dövlət rəsmiləri, millət vəkilləri iştirak edəcəklər.

Xoşbəxt olsunlar!

Etikxeber.az 

Read Previous

Mehriban Əliyeva “TASS”-a, “Rossiya 24”-ə və “Rossiyskaya qazeta”ya müsahibə verdi – FOTO

Read Next

Deputatlar Şəhid Milli Qəhrəmanın məzarını və ailəsini ziyarət etdilər – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir