Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur- “Azəravtoyol”dan açıqlama – FOTO

Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işlərinə start verilib.

“Azəravtoyol” ASC-dən Etikxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində hazırda sözegedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır.

Çınqıl örtüklü olan yol vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə müəyyən problemlər yaradırdı. Ancaq yolun yenidən qurulması ilə yaranan problemlər köklü şəkildə həll olunacaq.

Uzunluğu 51,5 km uzunluğunda olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yola 2 qat olmaqla yni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 300 min m2 ərazinin asfaltlanması işləri aparılacaq.

Yenidən qurulan avtomobil yolunda hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 290 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 145 km uzunluğunda xətlənmə işləri aparılacaq, və təhlükəsizlik dirəkləri quraşdırılacaq. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırlacaq.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi 5 yaşayış məntəqəsinin 18.7 min əhalinin gediş – gəlişini xeyli yaxşılaşdıracaq, vətəndaşların yetişdirdikləri məhsuları bazarlara daşımasını asanlaşdırmaqla sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Etikxeber.az

Read Previous

“Forpost” aprel döyüşlərindən hələ də özünə gələ bilmir” – DEPUTAT

Read Next

MBNP “Kapital Bank”a daha bir şöbə açmağa icazə verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir