Hacıqabulda ağır yol qəzası: BİR AİLƏNİN 3 ÜZVÜ DÜNYASINI DƏYİŞDİ

Hacıqabulda ağır yol qəzası baş verib və baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib.

Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu, sürücü 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır.

Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.

Etikxeber.az

Read Previous

ABŞ Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir – TİLLERSON

Read Next

ELDƏNİZ SƏLİMOV: “Hesab edirəm ki, qarşıya qoyulan hədəflərə qısa müddətdə nail olunacaq…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir