Hadi Rəcəblidən “mənzil məsələsi”nə sərt təpki gəldi: “Ağ yalandır”

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli “Ağ şəhər” də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara və bununla bağlı sosial şəbəklərdə ona ünvanlanan təpkilərə münasibət bildirib.

Etikxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə komitə sədrinin admini tərəfindən yazılan və sərt ifadələrin yer aldığı statusda bildirilib ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub:

“2016-ci il Azərbaycan mətbuatında birçox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olduq.
2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar- başlamaz yeni bir qarayaxmanın şahidi olduq.

Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları, sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar və bu baş tutmadığı halda, çirkin niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar.

Hörmətli deputatımız Hadi Rəcəbli nədənsə belə iftiralara və yalanlara mütəmadi tuş gəlir.

Son bir neçə müddətdir ki, 45 ildən çox siyasi səhnədə olan bir tanınmiş şəxsiyyətə, ağsaqqala bu qədər böhtan atmaq dözülməzdir. İndidə fantaziya ona çatıb ki,  guya bu deputata mənzil veriblər, özüd ə Oktay Əsədovla qonşuluqda.
Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, feysbuk səhifələrində yayılıb,  hətta, etikadan kənar şərhlərlə müşayət olunub.
Hadi müəllim Allah sizə dözüm, insafsız qarayaxan böhtançı yazarlara insaf versin”.

Etikxeber.az

Read Previous

“Ermənistanın hərbi baza gözündə görüldüyü kimsəyə sirr deyil…” – DEPUTAT

Read Next

Millimizin yeni ildə ilk sınağı Rusiyada olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir