Hakerlər sosial şəbəkə hesablarını sındırdı-BAŞ PROKURORLUQ VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ

Baş Prokurorluq hakerlər tərəfindən sosial şəbəkə hesablarındakı şifrələrin sındırılması ilə bağlı vətəndaşlara müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoçarxda hakerlər tərəfindən vətəndaşların sosial şəbəkələrdəki hesablarının şifrələrinin sındırılması ilə bağlı maarifləndirici məlumat verilir.

Etikxeber.az

Read Previous

Məktəbdən oğurluq etdi VƏ SAXLANILDI…

Read Next

“2022-ci ildə təmasların davam etdirilməsi barədə söhbət olub, amma hələlik tarixlər məlum deyil”-SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir