Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hakim vəzifəsinə seçkilər ciddiləşdirlir.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmlər və hakimlər haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunub.
Qanuna dəyişiklik barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna dəyişikliyin əsas hədəfi məhkəmə sisteminə layiq olmayan insanların bu sistemə düşməsinin qarşısını almağa xidmət edir. “Beləliklə, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilən, hakim vəzifəsindən intizam qaydalarını pozduğuna görə azad olunan, həmçinin, hakim vəzifəsində işlədiyi müddətdə hakimlik müddəti uzadılmadıqda, o şəxs hakim vəzifəsinə seçkilərdə iştirak edə bilməz. Bu şəxs ancaq 5 ildən sonra yenidən hakim vəzifəsinə keçirilən imtahanlarda və seçkilərdə iştirak edə bilər”– deyə, Ə.Hüseynli bildirib.
Müzakirələrdən sonra qanuna dəyişiklik parlamentarilər tərəfindən səsvermə yolu ilə qəbul edilib.
Etikxeber.az