Hakimiyyətdə Zahid Oruca etibar var… Politoloq yazdı

Zahid Oruc ötən ilin dekabrında parlamentin iclasında deyəndə ki, növbədənkənar prezident seçkisinə ehtiyac var, bəzi millət vəkilləri ona etiraz etdi, seçkinin vaxtında keçiriləcəyini iddia etdilər.

Bir həftə sonra Zahid Orucun dediyi düz çıxdı.

İndi də saatlar əvvəl Novruz Məmmədovun baş nazir olacağının anonsunu verdi. Bu da düz çıxdı.

zahid bey

Deyə bilərsiniz ki, bu hakimiyyətin hansısa qolundan ötürülən informasiya əsasında baş verir.

Ola bilər. Ancaq bu informasiya niyə başqa millət vəkili vasitəsilə ictimaiyyətə ötürülmür?

Demək hakimiyyətdə Zahid Oruca etibar var.

Digər tərəfdən Zahid Oruc hakimiyyət içindəki prosesləri doğru proqnozlaşdıraraq da ictimaiyyətə bəlli mesajları ötürə bilər.

Kim nə deyir-desin Zahid Orucun polemika qabiliyyətini yüksək qiymətləndirirəm.

Devalvasiya dövründə onun hakimiyyətin iqtisadi sferasına cavabdeh olan qollarını kəskin tənqidi də yerində idi…

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Prezident mənim üzərimə çox böyük məsuliyyət qoyub…”- NOVRUZ MƏMMƏDOV

Read Next

“İddiasız, özünü təblig etməyən…” – RƏŞAD MƏCİD YENİ BAŞ NAZİRDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir