“Hakimiyyətin çox ciddi və düzgün addımlar atmasına ehtiyac var…”-EKS-SPİKERİN FİKRİNCƏ, İCTİMAİ KOMİTƏ YARADILMALIDIR

Koronavirus ümumdünya miqyaslı bir bəladır. Əslində dünyanın bütün ölkələrində bu və ya başqa bir şəkildə karantin tətbiq olunur. Çünki doğurdan da xəstəliyin, pandemiyanın yayılmasının qarşısının alınmasınının düzgün üsulu sosial təmasların azalmasıdır, karantindir. Sadəcə olaraq Azərbaycanda bu karantinin tətbiqinin başqa problemləri də var. Ən əsas problem də, ictimai etimadın olmamasıdır…

Etikxeber.az amerikaninsesi.org-a istinadən xəbər verir ki, bunu eks-spiker İsa Qəmbər deyib.

Onun sözlərinə görə, belə bir şəraitdə hakimiyyətin edə biləcəyi ilk addım koronavirusla mübarizədə bir ictimai komitə yaratmaq olmalıdır.

“Bu ictimai komitəyə cəmiyyətdə nüfuzu olan siyasi qüvvələrin təmsilçiləri, cəmiyyətdə nüfuzlu olan ekspertlər daxil edilməlidir ki, komitənin qərarları və yaxud tövsiyyələri əsasında qəbul edilən qərarlar cəmiyyət tərəfindən etimadla qarşılansın. Bu istiqamətdə təcili addımlar atmağa ehtiyac var. Həbs yerlərində, koloniyalarda insanların həyatına təhlükəni aradan qaldırmaq üçün siyasi məhbuslar və xırda əməllərə görə, təsadüfü hadisələr görə həbs edilmiş insanlar, yaxud müddəti az qalmış məhbusların hamısı azadlığa buraxılmalıdır. İkincisi, ümumiyyətlə bu xəstəliklə bağlı karantinin şərtləri bütün vətəndaşlara bərabər şəkildə tətbiq edilməlidir. Ayrıseçkilik olmamalıdır. Üçüncüsü, əhalinin əksər hissəsinə xüsusən də sosial ehtiyacı olan hissəsinə çox təcili, ciddi yardım göstərilməlidir ki, insanlar evdə otura bilsinlər. Karantində ikiqat zərbəyə məruz qalmasınlar. Bu baxımdan görüləsi işlər var. Hakimiyyət də başa düşür ki, koronavirus nəticəsində və tətbiq edilən karantin nəticəsində cəmiyyətlə öz arasında məsafə daha da arta bilər…Ona görə də hakimiyyətin çox ciddi və eyni zamanda düzgün addımlar atmasına ehtiyac var. Bunun da yolu dediyim kimi, ictimai müzakirələrdən, vahid komitənin yaradılmasından, birgə qərarların alınmasından keçir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Siyasətçilərin əllərini yumaqla təmiz dünya və karantinsiz bəşəriyyət qurmaq mümkündürmü?-ZAHİD ORUCUN YAZISI

Read Next

“Suvarma problemi ciddi narahatlıqlar yaradır…”-MM-İN KOMİTƏ SƏDRİ HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir