Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Soyuq havaya baxmayaraq, əziz “Qarabağ”ın “Çelsi” ilə oyununu stadionda izlədik və komandamızı dəstəklədik.
“Qarabağ” çox gözəl oynadı. Bu oyunu “Çelsi” udmadı. Sadəcə, hakimlər “Qarabağ”ın uduzması üçün əllərindən nə gəlirdisə,etdilər.
“Çelsi”nin oyunu udmasına dəstək oldular. Penaltilər haqsız verildi,qırmızı vərəqə də və s.
Amma “Qarabağ” 10 oyunçu ilə də çox yaxşı oynadı.
Açıqca hiss olunurdu ki “Çelsi” oynadığı rəqibi güclü hiss edir.
Futboldan anıamayanlar deyə bilər ki uduzduq və.s.
Amma futbolu bilənlər bilir ki “Qarabağ”ın “Çelsi” kimi klublarla oynamağı nə deməkdir
. Bu klubun təkcə büdcəsi “Qarabağ”la müqayisədə on dəfələrlə çoxdur.
“Qarabağ” Azərbaycan deyilərək yüzlərlə kanalda nümayiş olunan və ya reportajı yayımlanan bu oyunun Qarabağ həqiqətlərinin yayılmasındakı rolu isə o qədər böyükdür ki anlatmağa gərək yoxdur.
Azarkeşlərə təşəkkür edirəm. Sonuna qədər komandaya ruh verdi və yanındayıq “Qarabağ” dedilər.
Soyuq havaya ramən on minlərlə insan “Qarabağ” üçün tək ürək idi stadionda.
Uğurlar, “Qarabağ!”.
Hər zaman yanındayıq. Daha böyük uğurlara imza atacaqsan inşallah.
Güclü klublarla oyunlar artdıqca komanda psixoloji olaraq da daha da güclənir.
Bütün azərbaycanlılar harada yaşamasından asılı olmayaraq səninlədir.
Bu gün sənin üçün etddiymiz dualar da, keçirddiyimiz həyacanda halalındır.
Çünki sən güclü klubumuz olmaqla, qələbələrlə yanaşı “Qarabağ”ın Azərbaycanın bir parçası olduğunu futbolla milyonlarla insanın düşüncəsində bir daha gücləndirirsən və sənə pislik etmək istəyənlərin bir çoxuna da elə bu narahat edir.
Qənirə PAŞAYEVA,
Millət vəkili
Etikxeber.az





