Hakimlərin maaşları artırılır, 2019-cu ilin büdcəsinə dəyişiklik edilir

Hakimlərinin də maaşları artırılacaq. 
Etikxeber.az-ın məlumatına görə,  bununla bağlı ölkə prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə (MM)  “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişiklərlə bağlı qanun layihəsi təqdim olunub.
Qanun layihəsi MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Qeyd edək ki, qanun layihəsinə dəyişikliklər hakimlərin maaşların artırılmasının nəzərdə tutulması ilə əlaqədardır.
Qanun layihəsi müzakirələrdən sonra  MM-in iyunun 28–də keçiriləcək plenar iclasına tövsiyə olunub.
fazail_agamali_141015
Adıçəkilən komitənin üzvü Fəzail Ağamalı isə saytımıza açıqlamasında maaşların 1oo faiz artırılmasının nəzərdə tutulması ilə bağlı mətbuatda gedən məlumatları təkzibləyib.
“Bildiyiniz kimi, artıq dünəndən etibarən ölkə prezidentinin imzaladığı 17 sərəncamla ölkədə həm minimum  əməkhaqqı, həm də büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əməkhaqları, maaşlar qaldırıldı. Bunun davamı kimi də hakimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur. Məsələ komitəmizdə müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Ancaq artırmlar 100 faizlik deyil, bu haqda deyilənlər həqiqəti əks etdirmir”.
Bu yerdə həmçinin qeyd edək ki,  ölkədə minimum əmək haqlarının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, Mərkəzi Seçki Komissiyasının üzvləri, AMEA və büdcədən maliyyələşən bir sıra təşkilatların işçilərinin əməkhaqlarının artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində də  dəyişikliklərin edilməsi gözlənilir.

Bununla bağlı parlamentə, o cümlədən,  MM-in Əmək və sosial siyasət komitəsinə, eləcə də, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə qanun layihələri daxil olub.

KAMİL-HADİ-1

Ölkə prezidentinin imzası ilə daxil olan qanun layihəsində 2019-cu ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi təklif olunur.

Bunu saytımıza açıqlamasında MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də təsdiqləyib:

“2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə sabah komitəmizin müzakirəsinə çıxarılacaq və Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq.  Qeyd edim ki, əməkhaqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Prezidentin apardığı struktur dəyişiklərin nəticəsində, əldə olunan əlavə gəlirlər hesabına bu maliyyələşmə təmin olunur. Bu da Prezidentin gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək”.

Kamil HƏMZƏOĞLU 

Etikxeber.az

Read Previous

“Sənəd Azərbaycanın maraqlarına tam uyğundur” – ZİYAFƏT ƏSGƏROV

Read Next

Maaş artımına Əhmədov və Hacıbəylidən fərqli – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir