Hakimlərin maaşları ilə bağlı qanun layihəsinə baxıldı və BİRİNCİ OXUNUŞDA QƏBUL EDİLDİ

Hakimlərin maaşı artırılır.

Etikxeber.az  xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi Milli Məclisin (MM)  iyunun 27-də keçirilən növbədənkənar sessiyasının iclasında  birinci oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, adıçəkilən qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişiklikdə qeyd edilib ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində, yəni, 2475 manat;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

meclissssss

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

Digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kərimli partiyaların, Ağamalı eks həmkarlarının adından hökumətə səsləndi… – YENİLƏNİB – (1)

Read Next

Hakimlərin ödənişləri də gəlir vergisindən azad edilir – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir