Hakkaridə PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində 3 əsgər yaralanıb.
Etikxeber.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, terrorçular Hakkari-Çukurca avtomobil yolunun təhlükəsizliyini təmin edən hərbi maşının keçidi zamanı partlayış törədiblər.
Partlayış zamanı yaralanan 3 əsgər hadisə yerinə cəlb edilən sanitar maşınlarla Hakkari Dövlət Xəstəxanasına çatdırılıb.
Etikxeber.az