Hamı uzun illər onların yanına axışırdı … – MİLLƏT VƏKİLİ

Efirləri falçılar, ekstrasenslər, “mollalar”  zəbt edib – ETİRAZ

Falçılar, ekstrasenslər, “mollalar” efirləri, ekranları zəbt ediblər.

Etikxeber.az xəbər verir ki, bunu professor, millət vəkili Rafiq Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, çox yaxşı haldır ki, artıq bu “ənənə”yə, tendensiyaya son qoyulacaq.

Millət vəkili hesab edir ki, Milli Məclisin (MM) artıq ikinci oxunuşunun müzakirəsinə tövsiyə olunan “Psixoloji yardım haqqında” qanun layihəsi bunun qarşısının alınmasında böyük rol oynaya bilər və oynayacaq.

rafiq mammadhasan

“Psixoloji yardım haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması çox təqdirəlayiq haldır. Bu, çox böyük uğurdur. Əslində, biz bir qədər də gecikmişik, bu, öncədən olmalıydı. Çünki bu gün bizdə peşəkar psixoloqlara ciddi ehiyac var. Bizdə psixoloq qıtlığı yaşanır. Bunu da fürsət bilən falçılar, ekstrasenslər, “mollala” efirlərimizi, ekranlarımızı zəbt ediblər, hamımız da bunun şahidiyik. Yəni, insanlarımız özləri də əslində buna, belələrin şərait yaradıb. Hamı uzun illər onların yanına axışıb. Ona görə hesab edirəm, belə bir sənədin müzakirələrə çıxarılması, xüsusilə də, psixoloqlarla bağlı məsələnin önə çəkilməsi məni çox sevindirir. Sevindirir ki, artıq canımız belələrindən az da olsa, qurtulacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dünya Elm Günüdür – BU GÜN

Read Next

Parlament jurnalistlərindən növbəti möhtəşəm Bayraq aksiyası… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir