“Hamımız “uşaqpulu” ilə böyüyən adamlarıq…”- VAHİD ƏHMƏDOV NAZİRƏ ETİRAZ ETDİ – YENİLƏNİB – (1)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb. Qanun layihəsində gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 manat və sair gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək.

Layihədə fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

***

“Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir”.

Bunu deputat isə Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: “Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik”.

Deputat sonra qeyd edib ki, “uşaqpulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaqpulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaqpulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaqpulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. “Uşaqpulu” verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.

V. Əhmədov həmçinin Dost Mərkəzlərinin yaradılmasını sorğulayıb. Qeyd edib ki, ölkədə çox ciddi “Dost Mərkəzləri” yaradılır: “Əgər Azərbaycanda elektron hökumət sisteminə keçilirsə, niyə əlavə mərkəzlərin yaradılmasına gedirik?  Yerlərdə nazirliyin fondları, məşğulluq mərkəzləri var. Əlavə mərkəzlərin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılması nə qədər məqsədəuyğundur?!”.

***

Eyni zamanda, Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. 

Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Bu sənəd də müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“1-ci və 2-ci siniflərdə ev tapşırıqları ya tamamilə olmamalıdır, ya da…” – DEPUTAT

Read Next

Deputatdan Qarabağ əlilləri ilə bağlı önəmli – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir