“Hamısı Azərbaycana sataşmaqdır…” – DEPUTAT YAZIR

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.

Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: Oradan Solovyovun, Poznerin, Jirinovskinin, buradan bu səfeh rumının sayıqlamaları, oradan “Arsenal” azarkeşlərinin erməni forması ilə Bakıda gəzintisi…

Hamısı Azərbaycana sataşmaqdır, bizə düşmən münasibətin ifadələridir…

Demək ki, bu qədər pul xərcləyib xaricdə dost axtarmaqdansa, dostu əsas etibarilə öz içimizdə axtarmalıyıq.

Azərbaycanda müxalifətə qarşı, mühacirətə qarşı, vətəndaşı cəmiyyətinə qarşı yeni siyasət izlənməlidir- dostlaşmaq siyasəti!

tyudor

Ölkənin gələcək təlatümlərdən qorunmasının təminatı da bundan keçir.

Yoxsa, Pozner belə boşboğazlıq edəcək, Solovyov elə çərənləyəcək, Tyudor bizi işğalçı kimi görəcək- bunlar elə gözlənilən davranışlardır.

Fərqli düşünən, fərqli dünyagörüşünə sahib olan hər bir azərbaycanlının bir-birinə ən azı düşmən kimi baxmadığı, bir-birinə sayğı göstərdiyi mühiti yaratmaqdan gözəl hansı cavab ola bilər bu kimi avantüristlərə!

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha bir hərbçimiz Şəhid oldu, XİN BƏYANAT VERDİ – YENİLƏNİB

Read Next

“Borclar bəzən avantürsit lahiyələrə yönəldilir ki…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir