Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Təkcə Ağdam rayonu Birinci Qarabağ Müharibəsində 6 min 500 Şəhid verib.
Etikxeber.az xəbər verir ki, bunu əslən qarabağlı, ağdamlı olan tanınmış xanəndə, Xalq artisti Aygün Bayramova son günlər sosial şəbəkələrdə bir çox istifadəçilər tərəfindən səsləndirilən “Ağdam “bezkraska” alınacaq” sözlərinə münasibətini, etirazını bildirərkən deyib.
“Mən bununla bağlı dəfələrlə fikrimi bildirmişəm ki, ayıbdır, yığışdırın özünüzü.
Təkcə Ağdam rayonu Birinci Qarabağ Müharibəsində 6 min Şəhid verib.
Hansı “kraska”dan danışırsınız?!
Bəsdirin, yetər artıq!”-deyə, o, əlavə edib.
Etikxeber.az




