Hansı ölkə üzvi təmiz qida məhsulları istehlakı üzrə dünyada birinci yeri tutub?

Danimarka KİV-ləri İsveçrə elmi-tədqiqat institutu (FİBL) tərəfindən aparılmış araşdırmaya istinadən bildirirlər ki, Krallığın vətəndaşları üzvi təmiz qida məhsulları istehlakı üzrə dünyada birinci yeri tutublar.

Etikxeber.az-ın FİBL-ə istinadən məlumatına görə, üzvi təmiz məhsullar Danimarka Krallığında qida məhsulları bazarının ümumi həcminin 8,4 faizini təşkil edir. Beləliklə, FİBL tərəfindən aparılan tədqiqata cəlb edilmiş 178 ölkə arasında ən yüksək göstərici Danimarkada qeydə alınıb.

Bu institutun araşdırdığı digər göstəriciyə – əhalinin üzvi qida məhsulları alınmasına sərf etdiyi xərclərə görə Danimarka vətəndaşları İsveçrədən sonra ikinci yerdədir.

Üzvi Fermerlər Assosiasiyasının rəhbəri Per Kolster bu xəbəri şərh edərək bildirib ki, bu yenilik bütün dünyada ixrac bazarlarına ciddi siqnaldır ki, Danimarka şirkətləri əla keyfiyyətli qida məhsulları istehsal edirlər.

Xatırladaq ki, Danimarka hökuməti 2015-ci ildə yeni strategiya elan edib. Bu strategiyanın məqsədi ölkənin kənd təsərrüfatında üzvi mənşəli qida məhsullarının payını iki dəfə artırmaqdır. Yeni strategiyanın həyata keçirilməsi çərçivəsində elan edilib ki, gələn il Kopenhagendəki dövlət müəssisələrində verilən bütün yeməklərin 88 faizi üzvi mənşəli olacaq. Bu, bütün dünya üzrə ən yüksək göstərici deməkdir.

Etikxeber.az

Read Previous

“XİN Qarabağ ətrafında məskunlaşdırılan ermənilərə də müraciət etməlidir ki…” – POLİTOLOQ

Read Next

Dilqəm Əsgərovun atasının səhhətində müsbətə doğru irəliləyiş var – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir