Hansı risqlərlə üz-üzə qala bilərik? – NAZİR BİR-BİR SADALADI

Yeni büdcə qaydası neftdən asılılığın azaldılmasına yönəlib. Yəni, neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki, bu, ikinci zərbə kimi endirilmiş olacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində suallara və  iradlara cavab verərkən bildirib.

“Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirərkən diqqətli olmalıyıq”-deyən nazir bildirib ki, Dövlət Neft Fondundan (DNF) büdcəyə transfert tədiyyə balansı və valyuta bazarının tənzimlənməsində böyük rola malikdir:

 “Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və həmin optimal səviyyəni qarşılamalıdır”.

Şərifov gəlirlərlə bağlı risk faktorlarına da toxunub:

“Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımızla bağlı ola bilər. Burada söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyisi SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibari ilə məhsullarını daxili bazarda satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindən müvafiq qaydada yığılacaq”. 

Nazir bildirib ki, digər risk neftin qiymətinin azalacağı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər:

 “Biz bunu daəhəmiyyətli risk kimi qiymətləndirmirik”.

Kamil HƏMZƏOĞLU

 

Etikxeber.az 

 

 

 

Read Previous

Hərbi xərclər nə qədərdir? – ZİYAFƏT ƏSGƏROV AÇIQLADI

Read Next

Gün gələcək belə möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaq – PREZİDENT- FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir