Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Xarici dövlətdə hansısa din xadiminin əlini öpüb Azərbaycanda siyasətlə məşğul olmaq yolverilməzdir. Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər”.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
Q. Həsənquliyev bildirib ki, bəzi qərb dövlətləri Azərbaycanda dini ekstremizminə qarşı çox sərt, qeyri-adekvat mübarizə aparıldığını bildirir: “Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın ətrafındakı region məhz dini ekstremizmə görə qana boyanıb, ölkələr parçalanır. Buna görə də Azərbaycanı ittiham etmək yersizdir. Hər bir vətəndaşın borcudur ki, dövlətinin sabitliyini qorusun. Azərbaycanda dindarlara, o cümlədən şeyximizə böyük hörmət var, ibadət edənlərə heç bir problem yaranmır. Dini ekstremizm fəaliyyətinin Azərbaycanı fəlakətə sürüklənməsinə yol verilməməlidir. Ona görə də bu sahədə qanunların sərtləşdirilməsi doğru addımdır”.
Etikxeber.az