“Haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində olması da sual doğurur…ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi manefələrini erməni lobbisindən güc alan ölkə bu təşkilatdan kənarlaşdırılmalıdır”-PƏRVİN KƏRİMZADƏ

Terroru, soyqırımı tarix boyu siyasətinin əsas xətti olduğunu sübut edən işğalçı Ermənistan ölkəmizə qarşı təxribat hücumlarını yeniləməkdə davam edir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirilməsinə baxmayaraq havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini yürütməklə, özünü necə rəzil duruma saldığını açıq-aydın nümayiş etdirir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan işğalçı, təcavüzkar siyasəti ilə bir daha sübut etdi ki, regionda sülh və sabitliyin önündə ən böyük əngəldir. İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır.

“Dünya birliyinin Ermənistanı işğalçı dövlət qismində qəbul etdiyi bir vaxtda, iki ölkə arasında münaqişənin ağır və məsuliyyətli dönəmində münaqişənin nizamlanması prosesinə birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın tutduğu mövqe anlaşılan deyil.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqeyi, verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Fransa prezidenti Emmanuel Makronun bəyanatları ilə işğalşılıq, təcavüzkarlıq siyasəti yürüdən, 1 milyondan artıq soydaşımızı dədə-baba yurdundan didərgin salan, mülki vətəndaşlarımızı qətlə yetirən ölkəyə dəstək verməsi olduqca təəssüf ediləcək məqamdır.

İşğalçının, haqsızın yanında dayanan Fransa Prezidenti Qarabağın yenidən “ələ keçirilməsini” qəbul etməyəcəyini deyir. Fransa kimi ölkənin başçısının hələ də Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağı işğalçı ermənilərin ərazisi kimi tanıması qəbuledilməzdir. Makronun dilindən belə sərsəm fikirlərin səslənməsi isə Fransa-Azərbaycan münasibətlərinə ciddi zərbədir.

Məlumdur ki, vasitəçilik missiyasını üzərinə götürən bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. Məsuliyyətli missiyanı öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalı, münaqişənin həllində çalışmalıdır. Fransa isə nə edir? İşğalçı ölkənin yanında yer alır, hətta bəyənat verir.

Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyənat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.

İşğalçıının yanında olan, ədaləti, haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində olması da sual doğurur. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi manefələrini erməni lobbisindən güc alan ölkə bu təşkilatdan kənarlaşdırılmalıdır-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Paşinyan özü hakimiyyətinin sonunu gətirdi…Onu və Ermənistanı yaxşı heç nə gözləmir…”-GƏNC POLİTOLOQUN NÖQTEYİ-NƏZƏRİ

Read Next

“Əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız…Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”-İLHAM ƏLİYEVDƏN HƏMSƏDRLƏRƏ İTTİHAM VƏ XƏBƏRDARLIQ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir