Haqqı olanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyib – YAP RƏSMİSİ

Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur.

 Etikxeber.az-ın məlumatına görə, bunu oktyabrın 16-da parlamentin növbəti plenar iclasında YAP-dan olan deputat Siyavuş Novruzov deyib.

siyaqus

S.Novruzov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib.

Onun sözlərinə görə, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər:

“Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub”.

S. Novruzov əlavə edib ki, ezam olunanlarla, həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Qanuna təklif olunan hansı dəyişiklik geri qaytarıldı?

Read Next

MSK üzvlərinə də diplomatik pasportlar verilə bilər – ƏLİ HÜSEYNLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir