Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Onu uşaqlıq illərimdən, ötən əsrdən, efirdən, AzTV-dən, aşağı-yuxarı 45 ilə yaxındır tanıyıram…
Əyani və qiyabi şəkildə, yaxından və uzaqdan, real və virtual…
İlk dəfə isə Onu canlı şəkildə 1982-ci ildə, rəhmətlik bibim (biz atamın bacılarına “mama” deyərdik)-Suqra mamagildə qonaq olarkən görümüşdüm…
Onu, rəhmətlik Validə xanımı mərhum-gözəl sənətkarımız, bibim-mamam qızı Təranənin qayını olan Teymur Mustafayev gətirmişdi…
Səhv etmirəmsə, o vaxt Goranboya (o zaman Qasım İsmayılov adlanırdı rayonumuz, bu şəxsin də yaxından-uzaqdan rayonumuzla əlaqəsi olmamışdı, qondarmaydı bizim üçün) konsert verməyə gəlmişdilər və Teymur əmi də onları özü ilə qohumu-Suqra mamagilə gətirmişdi…
Və qeyd edim ki, Firuzə xanım hər zaman sevə-sevə dinlədiyim müğənnilərimizdən, Sənətkarlarımızdandır…
Özünəməxsus, bənzərsiz, təkrarsız səsi, ifası və səhnə mədəniyyəti var…
Ancaq etiraf edim ki, Firuzə xanımı lap yaxından-virtual da olsa, 2013-cü ildə feysbuka gələndən tanımışam…
Feysbukda ilk dostlarımdandır…
Və ilk gündən də aramızda bir səmimiyyət, bir insaniyyət, bir qardaş-bacı məhəbbəti var aramızda…

Sonra Onu daha bir Gözəl Sənətkarımız-Şəhidimizin əmanəti Aybəniz xanımın, Aybəniz Haşımovanın sənət gecəsində və sənət gecələrində görmüş, Onunla bir araya gəlmiş, görüşmüş, söhbətləşmiş, hal-əhval tutmuşam…
Eyni zamanda, son 3 ildə Baş Tacımız olan Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidlərimizin məclislərində, Anım Günlərində və ya mövludlarında Onunla tez-tez görüşmüşük…



Firuzə xanım azsaylı Sətən adamlarından, Sənətkarlarımızdandır ki, hər zaman Şəhid ailələrinin, Qazilərimizin, Vətən sevdalılarımızın təmənnasız şəkildə yanında olub, onların məclislərində iştirak edib…
Oxuyub, ifa edib, kövrəlib, həm də kövrəldib bizi yanğılı ürəyi, yanğılı ifası ilə…
Və hər zaman da məni göründə ilk sözü, cümləsi bu olub ki, “mənim gözəllərim-qızların, oğlun necədir…Onları öpürəm, bağrıma basıram…Allah imkan versin ki, gözəl günlərində iştirak edək…”
Bu da hər Sənətkara məxsus olan hal, keyfiyyət, İnsanlıq deyil…
Və Firuzə xanımın Böyüklüyü, Ucalğı həm də ondadır ki, Onun Sənəti Şəxsiyyətini, Şəxsiyyəti isə Sənətkarlığını tamamlayır…
Bu da hər kəsə, hər Sənətkara xas olan hal, keyfiyyət deyil…
Və bu gün Onun günüdür…
Bu gün doğum günüdür Firuzə Ablamın…
Ömrünün 7-ci dekadasını başa vurur…
Və çox təəssüflər olsun ki, hələ də tam qiymətini, dəyərini, Haqqını almayıb bu illərdə…
Neçə illərdir Əməkdar artistdir…
Amma bəlkə də ən azı 20-25 ildir ki, Xalq artisti fəxri adını Haqq edir…
Bəli, O, onsuz da Xalqın Sənətrkarı, Xalqın Artistidir…
Amma Xalq artisti adını, ölkəmizin ali ordenlərindən birini də Haqq edir…
TAM və TAM HAQQ edir…
Və nəhayət, Haqqını da almalıdır…
Gec də olsa…
Və inanıram ki, belə də olacaq…
Haqqını mütləq və mütləq alacaq!
Onu-Dəyərli və Gözəl Sənətkarımızı, Firuzə Ablamı bu özəl, bu gözəl günü, yubileyi münasibəti ilə özüm və ailəm adından təbrik edir, Ona 100 il sağlıqlı və huzurlu ömür, xoşbəxtlik, firavanlıq, növbəti sənət uğurları arzulayıram…
Doğum gününüz, yubileyniz bir daha mübarək olsun!
Yaxşı ki, varsınız, yaxşı ki, varımsınız, Firuzə Ablam!


Hörmətlə,
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri