“Haqqınızı halal edin…”-MİLLƏT VƏKİLİ YAP-ÇILARDAN HALALLIQ İSTƏDİ

21 iyun tarixində bizim-YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransımız oldu. Çox sağ olun hər biriniz fəal iştirak etdiniz. Biz 16 il birgə çalışdıq. Biz birlikdə, bir ailə kimi Ulu öndərimizin qurduğu, əvəzedilməz Liderimiz və Prezidentimiz möhtərəm cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın Nəsimi rayon təşkilatında fəaliyyət göstərdik. Hər biriniz və hər birimiz çalışdıq ki, dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət edək. Siyasi məsuliyyətimizi və vəzifə borcumuzu vicdanla yerinə yetirməyə çalışdıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı təşkilatın üzvlərinə müraciətində bildirib.

O, sonra qeyd edib:

“Konfransımızda rayon təşkilatımızın ünvanına çıxış edənlər, xüsusən də YAP Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqov çox yüksək səviyyədə və dəyərli fikirlər səsləndirdi. Fürsətdən istifadə edib bir daha mənə beş dəfə etimad göstərib Millət Vəkili seçilməyimə etdikləri böyük etimada görə YA -ın sədri, Müzəffər Ali Baş Komandanımız və Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz möhtərəm Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm. YAP Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqovun səsləndirdikləri bu fikirlər və münasibət YAP Nəsimi təşkilatının hər bir üzvünə aid idi.

Bu gün dövlətimiz özünün intibah dövrünü yaşayır. Eləcə də Partiyamız özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkəmizdə total islahatlar həyata keçirilir. Əminik ki, YAP Nəsimi təşkilatı bundan sonra da birinciliyini qoruyacaqdır. Qiymətli Dostlar, bəlkə də bəzən Sizə qarşı haqsız və ya biganə olmuşam…Buna görə də Sizin hər birinizdən üzr istəyirəm.

Haqqınızı halal edin.Bizim bundan sonra Sizlərlə münasibətimiz Nəsimi rayonundan seçilmiş, daha doğrusu seçdiyiniz millət vəkilinizlə olacaqdır. Amma hər zaman Sizlərə borcluyam. Harada olsaq yenə də dövlətimizə və Liderimizə xidmət edəcəyik. Hər birinizə sonsuz təşəkkürlər, can sağlığı, hörmətlər və uğurlar arzulayıram. Allah Sizi , bütövlükdə Xalqımızı və Vətənimizi qorusun. Amin!”

Etikxeber.az

Read Previous

Yenidən təltif olunan Şəhidlərimiz-TURAL HƏSƏNOV, VÜSAL NAĞIYEV, DEVRAN NAİBOV, FUAD XANKİŞİYEV, ƏRZUMAN OSMANOV, CƏMİL MƏMMƏDLİ, FƏXRİ QƏRİBZADƏ, PƏRVİN HƏMİDOV, ŞAHMAR SEYİDOV, PƏRVİZ BALABƏYOV VƏ… – YENİLƏNİB – (4)

Read Next

Sabiq rektora kimlər və nəyə görə-HÜCÜM EDİR, MƏQSƏD NƏDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir