Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir qrup ermənipərəst, antitürk və antiazərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və nəhayət, noyabrın 25-də Fransa Senatında qəbul olunan “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsinə nə ad vermək olar, axı?! Bu, təxribatdır və qəbuledilməzdir. Bu, həm də Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
“Heç olmasa, Fransa höküməti bu addımın yanlışlığını, absurdluğunu dərk etməli və yaranan vəziyyəti dəyişməlidir. Çünki bu addım, Senatın məlum qətnaməsi Azərbaycana qarşı yönəldilmiş antiazərbaycan kampaniyasına dəstək olmaq deməkdir. BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır, hansı ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs vermişdir. İndi belə vəziyyət ikili, üçlü, beşli standart deməkdir”-deyən millət vəkili bildirib ki, Senatın bu addımı öz-özünü inkar mənası verir:
“Biz bilirik ki, bunların hamısı erməni lobbisinin təzyiqləri nəticəsində meydana çıxmış vəziyyətdir. Lakin bununla razılaşmaq özü bir yanlışdır. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir. Axı, bu dövlətlər kimisnə maraqlarını müdafiə etməməlidir, əksinə, neytral münasibətdə olmalıdırlar. Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından və özünün arxa planda qalmasından narazı və narahatdır. Azərbaycan dövləti və xalqı ən azı Fransa hökumətinin bu yanlışlığı, bu rəzaləti aradan qaldıracağına ümid edir”.
Millət vəkili həmçinin deyib ki, Fransa da daxil olmaqla, bəzi Avropa ölkələri Azərbaycanın torpaqları işğal altında qalan zaman heç bu qədər narahatlıqlarını bəyan etmirdilər.
“Bizim torpaqlarımızı xarabalığa çevirən erməni vandallarına sual verən yoxdur ki, nədir bu yaratdığın vəziyyət? Nədir bu vəhşiliklər? Daşdan belə acıq çıxmaq insanlıqdan kənar bir şeydir. Bizim məsçidlərimizi, ibadət ocaqlarımızı nə günə qoymuşlar? Hara baxır və baxırdı Fransa, Avropa, Qərb ölkələri?! Nə üçün onlar yersiz qətnamələrlə, bəyanatlarla çıxış edərkən bizim dağıdılmış və talan edilmiş torpaqlarımızdan danışmırlar və danışmırdılar? Biz hər bir şeyə göz yumuruq, lakin bir yerə qədər. Bəli, Azərbaycan İslam ölkəsidir. Bizdə etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir. Dağıdılmış bütün məsçidlər restavrasiya olunacaq və dövlət səviyyəsində qorumaya alınacaq. Dövlət başçımız cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur. Biz özümüzə aid olanları bərpa edəcək və qoruyacağıq”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.
Etikxeber.az