“Harada görünüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan?…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB

Vahid Əhmədov Rüfət Aslanlını yıxıb-sürüdü

ZİYAD SƏMƏDZADƏ DƏ ŞİKAYƏTLƏNDİ: Ciddi səhvlərə yol verildi…

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məsələləri qaldıranda bəzi həmkarlarımız bizim əleyhimizə danışmağa başlasdılar.Hansı ki, mən də, Əli Məsimli də bunu görürdük, bilirdik ki, o Palatada hansı oyunlar gedir, nə oyunlardan çıxılır.

rufat-aslanli

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin komitə iclasında millət vəkili Vahid Əhmədov deyib.

vahid-1

“Harada görünüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan… Və ya harada görünüb ki, özünə 65 min manat maaş yazdırasan… Bu, harada görünüb? Dünyanın heç bir yerində belə bir şey yoxdur. İndi Rüfət Aslanlı oradan, Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb, artıq qurumun fəaliyyətində normallaşma gedir. Hansı ki, iki il ərzində bu qurum gözləntiləri doğrultmadı, oyunlarla məşğul oldu. Odur ki, cənab prezidentin Palata ilə bağlı son addımı çox təqdirəlayiqdir. Bu,  həmin qurumun fəaliyyətində dönüş yaradacaq bir addımdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

***

1488451229_ziyad-s-str-7-8

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə də adıçəkilən qurumun fəaliyyətində ciddi nöqsanların olduğunu bildirib:

“Bu qurumdan yaranan vaxtlar böyük gözlənilər vardı. Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbər işartılar da özünü göstərməkdədir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Spiker Türkiyədə parlament sədrləri ilə görüşəcək – BU GÜN

Read Next

Parlamentin iclası qabağa çəkildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir