“Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur…”-MUSA QULİYEVİN SEÇİCİLƏRLƏ DAHA BİR GÖRÜŞÜ – FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Etikxeber.az-a daxil olan məlumata görə, əvvəlcə mərhum Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Dövlət Himni səsləndirilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb:

“Mövcud reallıqlar fonunda bu dəfə də partiyamızın möhtəşəm qələbə qazanacağına əminik”.

Sonra çıxış edən deputatlığa namizəd Musa Quliyev deyib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir:

“Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları hər birimizin gözü önündədir. Hazırda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur”.

Deputatlığa namizəd əminliklə bildirib ki, parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.

Təşviqat qrupunun üzvləri Hüseyn Budaqov, Yəhya Namazov, qazi Rauf Qəmbərov və digərləri çıxış edərək ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarını bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, deputatlığa namizəd Musa Quliyev Gəncə şəhərində seçicilərlə daha bir görüş keçirib.

Etikxeber.az

Read Previous

Deputatlığa namizəd Şəhidin mövluduna qatıldı-MÜBARİZ İBRAHİMOVUN AİLƏSİNDƏN XEYİR-DUA ALDI… – FOTOLAR

Read Next

“SEÇİM SİZİNKİDİR, DÜZƏ SƏS VERİN!”-Əmir Pəhləvan Ziyad Səmədzadəyə şeir həsr etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir