Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2018-ci ildən başlanmış islahatlar prosesi ölkə həyatının hər bir sahəsini əhatə etdi. İnstisunal, kadr, struktur islahatlarından başlanmış bu proses hakimiyyətin hər üç qolunu əhatə etdi. Bu ilin fevralında Milli Məclisə seçkilər keçirildi və müasir çağırışlara cavab verən yeni parlament formalaşdı. Məhkəmə-hüquq sitemində də islahatlar davam etdirilir. Müasir çağırışlara cavab verən gənc, innovasiyalara yiyələnmiş, müasir təfəkkürlü və korrupsiyaya bulaşmamış kadrlarla dövlət idarəetmə sistemi yenilənir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.
Qeyd edib ki, məhz islahatların effektiv nəticəsidir ki, 2019-cu ildə dövlət büdcəsinə ancaq vergi və gömrük orqanlarından proqnozdan əlavə 1 milyard manatdan çox vəsait daxil olundu. İslahatlar nəticəsində iqtisadiyyat şəffaflaşır, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri genişlənir.

“Son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokrurluğun Yanında Korrupsiaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən həbslər də bu məqsədə xidmət edir. Artıq bu günün tələbləri dəyişilmişdir. Haradasa xalqın malına göz dikən məmur varsa, ona qarşı ciddi tədbir görülür. Korrupsiyaya qarşı mübarizə tədbirləri kampaniya xarakterli deyil. Bu tədbirlər davamlı olacaqdır. Dövlət istəyir ki, hüquqları təmin olunmuş, korrupsiya və rüşvətxorluq minimuma endirilmiş cəmiyyət qurulsun. Ölkə başçısının qeyd etdiyi kimi, kim özünün əməllərində düzəliş edə bilmirsə, o bizimlə eyni yolun yolçusu ola bilməz. Sonda qısa olaraq qeyd etmək istəyirəm ki, dövlətin apardığı islahatlar prosesini və korrupsiyaya qarşı mübarizə tədbirlərini xalqımız, cəmiyyətimiz alqışlayır və bu, xalq-dövlət birliyini sarsılmaz edir…”-deyə, o, əlavə edib.
Etikxeber.az