Hasilat miqdarında razılığa gəlinməsə neftin qiyməti 40 dollaradək geriləyəcək – “Goldman Sachs”

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”a görə OPEC-in bu ayın sonundakı yığıncağında neft hasilatının məhdudlaşdırılmasına dair hər hansı bir razılığın əldə olunması ehtimalı getdikcə azalır. Əgər razılığa gəlinməsə neftin qiyməti 40 dollar/barrelədək ucuzlaşacaq.

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bankın analitiklərinin fikrincə neft hasilatı üzrə kvotanın tətbiq edilməsi prosesində irəliləyişin olmaması və OPEC istehsalçıları arasında getdikcə artan narahatlıqlar noyabrın 30-dakı yığıncaqda razılığa gəlinməsi ehtimalını azaldır.

İndiyədək hər hansı bir razılığın əldə olunmaması isə neftin qiymətinin ucuzlaşmasına səbəb olur.

Əgər OPEC inandırıcı bir razılığa gəlməsə neftin qiyməti 40 dollara yaxın səviyyələrə geriləyəcək.

Etikxeber.az

Read Previous

IV Beynəlxalq Teatr Konfransında müştərək layihələr müzakirə olunacaq

Read Next

80 minədək avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir