Hava buludlu olacaq, arabir tutulacaq-SABAH

Dekabrın 06-da gözlınilən hava proznozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Etikxeber.az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 06-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər bəziyerlərdə duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu, ali təhsilli, peşəkar hərbçi, Baş leytenant-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, İKİ MEDALLI CƏBRAYIL MİRZƏYEV…-FOTOLAR

Read Next

Daha 1394 yeni yoluxma-DAHA 20 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir