Hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq-SABAH

Dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında Arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.

Etikxeber.az

Read Previous

Naxçıvan DTX-dan Zakir İsmayılovla bağlı-RƏSMİ AÇIQLAMA…

Read Next

“Fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycanın vətəndaşlarıyıq…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir