Hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq-SABAH

Yanvarın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Etikxeber.az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti, Bakıda gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 02-04-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1-6° isti olacaq.

Etikxeber.az

Read Previous

“Vətəncanlı oğlunuz torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, şəhadət şərbəti içib…”-QƏNİRƏ PAŞAYEVA MİNGƏÇEVİRLİ ŞƏHİD ŞAHMAR SEYİDOVUN ANASI İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Read Next

368 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir