Hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq-SABAH

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Etikxeber.az

Read Previous

“Onlar buradan getməli idilər və getdilər…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Read Next

“Vətən” ləqəbəli İkinci Vətən Müharibəsi Şəhidi Vüqar İsmayılov…DƏRD DALINCA DƏRD…CƏMİ İKİ AY ƏRZİNDƏ 3 İTKİ…OĞUL, NƏNƏ, BABA İTKİSİ…VƏ LAQEDYD, BİGANƏ MÜNASİBƏT…ŞƏHİD VALİDEYNLƏRİNƏ QARŞI HAQSIZ MÜNASİBƏT ARADAN QALDIRILACAQMI, ONLARLA MARAQLANAN OLACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir