Hava buludlu olacaq, dağlıq rayonlarda qar yağacaq-SABAH

Yanvarın 4-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əksər rayonlarda əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.

Etikxeber.az

Read Previous

“Şuşa İli” nəinki Şuşanın, işğaldan azad edilmiş bütün ərazilərimizin, yurd yerlərimizin yenidən dirçəlməsi, cənnət məkanına çevrilməsi, ayağa qalxması, intibahı demək olacaq”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Ailənin iki və subay övladından biri, 6 medallı-QAZİ İBAD KAZIM OĞLU NOVRUZZADƏ – VƏTƏN SEVDALIMIZ İŞLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir