Hava buludlu olacaq, külək əsəcək-SABAH

Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.

Etikxeber.az

Read Previous

“İran hədələyici açıqlamaları da daxil olmaqla, bir çox cəhətdən sabitliyi pozan aktordur”-NED PRAYS

Read Next

“Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm…Bütün çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”-İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir