Hava buludlu olacaq, şimşək çaxacaq-SABAH

Martın 25-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Etikxeber.az

Read Previous

“Əsgərliyə də çox böyük həvəslə getmişdi…Müharibə dövründə də bir dəfə olsun nədənsə şikayətlənmədi…Hər dəfə danışanda deyirdi ki, hər şey yaxşlıqdır, hər şey yaxşı olacaq, irəliyə-irəliyə gedirik…”-SAMUXLU- CƏMİ 19 YAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ARİF HƏMZƏYEVİN ATASI MURADCAN HƏMZƏYEV – FOTOLAR

Read Next

Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilib-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir