Hava buludlu və yağmursuz olacaq-SABAH

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz.

Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15° isti olacaq.

Etikxeber.az

Read Previous

Xəzərdə İrandan Azərbaycana narkotik keçirilməsinin-QARŞISI ALINDI – FOTO

Read Next

“Bu hadisə yəqin ki, bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır”-NAZİR 7 YAŞLI FƏRİD BAKAROVUN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN HADİSƏYƏ MÜNASİBƏT BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir