Hava buludlu və yağmursuz olacaq-SABAH

Aprelin 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq.

Gecə və səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Etikxeber.az

Read Previous

Bir gecədə saçları ağardı buna deyilər…VƏ YA ÇƏKDİKLƏRİ KİTABA SIĞMAYACAQ DƏRLİ ŞƏHİD ANASININ KƏDƏRLİ HEKAYƏTİ…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“Zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək”-BORİS CONSON

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir