Hava çox isti olacaq-SABAH

İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Etikxeber.az

Read Previous

Şamaxılı, Dağ Göylərli Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi Şəhidi Şahadət Üsüfovun qardaşı-COMƏRD ÜSÜFOVUN ÖZƏL-ŞAD GÜNÜ – TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Əziz Əzizov Beyləqana göndərildi, yerinə Adilə Əliyev təyin olundu-SƏRƏNCAM – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir